Saakaşvili bütün qüvvələri cəmləşdirəcək
07:09 09.11.2017
Arxiv
849
Analitiklər hesab edir ki, təzyiqlərlə erkən seçkiləri təmin etmək mümkündür, amma bir az zaman lazımdır
Ukraynada gərgin vəziyyət səngimək bilmir. Ötən gün Kiyevdə Ali Radanın qarşısına toplaşan minə yaxın nümayişçi millət vəkillərinin toxunulmazlığını ləğv etmək, seçki qanunvericiliyini dəyişdirmək və korrupsiyaya qarşı məhkəmə yaradılmasını tələb ediblər.
İnsanları nümayişə səsləyən Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna dövlət başçısına qarşı "xalq impiçmenti” ilə hədələyib. O deyib ki, əgər Poroşenko müxaliflərin tələblərini rədd etməyə davam edərsə, dekabrın 3-dən etibarən xalq impiçmenti prosesinin başlanmasını təklif edəcək. Saakaşvili Miqrasiya İdarəsindən Ukraynada qanuni əsaslarla yaşadığına dair sənəd aldığını da bəyan edib. Eks-qubernator bildirib ki, verilən sənədlə kifayətlənməyəcək və vətəndaşlığının bərpa edilməsi üçün mübarizə aparacaq.
Ukraynadakı siyasi təlatümləri çaxnaşmanı "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Saakaşvilinin əsas məqsədi erkən seçkilərə nail olmaqdır. Ekspertə görə, eks-qubernator fərqindədir ki, Ukrayna siyasi müstəvisində cəmiyyətin birmənalı qəbul edəcəyi liderlər yoxdur:
"Timoşenko Ukraynada dəfələrlə hakimiyyətdə olub və baş nazir postuna yiyələnib. Buna baxmayaraq, ölkədə Timoşenkoya etimad o qədər də yüksək deyil. Timoşenkonun timsalında digər siyasi güc mərkəzləri də mövcud iqtidarı hakimiyyətdən düşürə biləcək potensiala malik deyillər. Ancaq Saakaşvili yeni bir fiqurdur. İndiyə kimi onun adı Ukrayna cəmiyyətində hansısa korrupsiya və kriminal hadisələrə qarışmayıb. Yəni Saakaşvili öz ətrafında bütün müxalif qüvvələri cəmləşdirmək gücünə sahibdir”.
Analitik bildirib ki, təzyiqlərlə erkən seçkiləri təmin etmək mümkündür, amma bir az zaman lazımdır:
"Saakaşvili cəmiyyəti bu yöndə toparlaya bilsə, qış fəslindən sonra kütləvi etiraz aksiyaları təşkil edə bilər. Hətta proseslər üçüncü Maydan hərəkatı səviyyəsinə qədər yüksələr. Havanın soyuq olması mübarizəni meydanlarda aparmağa imkan vermir”.
N.Mirinin sözlərinə görə, Saakaşvili prosesləri sadəcə öz başı ilə idarə edəcək siyasi fiqur deyil. Onun arxasında ABŞ-ın qanunverici orqanı olan Konqresin nüfuzlu üzvləri durur:
"Həmin konqreslər Dövlət Departamentinə ciddi təsir göstərən fiqurlardır. Bu səbəbdən Poroşenko Saakaşvili məsələsində ehtiyatlı davranmaq məcburiyyətində qalır. Əgər islahatlar Saakaşvilinin istədiyi kimi getməzsə, eks-qubernator hökumət üçün ciddi baş ağrısına çevriləcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət