Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü - "DÖVLƏT ÇEVRİLİŞİ"




Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.

"Sherg.az"ın trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib.
Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanları əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıb.
12:09
Mixail Saakaşvilinin tərəfdaşları sosial şəbəkələrdə onun saxlanılması barədə məlumat yayıblar. Məlumatda isə bunlar bildirilir:
"Onu binanın damından götürdülər, hara apardıqları hələlik məlum deyil".
11:31
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdəki mənzilində yoxlama aparılacağı təqdirdə özünü damdan atacağını bildirib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu gün səhər Ukrayna xüsusi xidmət orqanları Saakaşvilinin mənzilində yoxlama aparmağa gəlib.
Amma onlar gəlməmişdən əvvəl Saakaşvili mənzilinin qapısını bağlayaraq, yaşadığı binanın çardağına çıxıb. O bildirib ki, əgər hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb içəri girsə, özünü damdan atacaq.