Saatlıda qəza: bir ailənin 3 üzvü öldü - YENİLƏNİB




Şaatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlu, onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və onların qızı, 1998-ci il təvəllüdlü Lamiyə Ağayevadır.

Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

***
Saatlı rayonunda ağır yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.
Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.