Sabahdan hansı müəssisələrin işçilərindən mütləq peyvənd tələb olunacaq - SİYAHI
13:54 31.08.2021
Arxiv
411
Sentyabrın 1-dən bir çox dövlət və özəl müəssisələrin işçilərinin mütləq peyvənd olunması haqqında qərar qüvvəyə minir.
Oxu.Az-ın məlumatına görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən - dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin SİYAHISI:
- 1. Kommunal sahə üzrə:
- elektrik enerjisi, qaz, istilik ilə təchizat;
- su təchizatı və meliorasiya, çirkli suların yığılması və
təmizlənməsi;
- tullantıların yığılması, emalı və məhv edilməsi.
2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
- dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və
- sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
- liman xidmətləri;
- logistika xidmətləri;
- telekommunikasiya və rabitə xidmətləri;
- poçt və kuryer fəaliyyəti.
3. Sosial sahə üzrə:
- sosial xidmətlərin göstərilməsi;
- fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün
baxıcılıq xidməti.
4. Ticarət və ictimai iaşə sahəsi üzrə:
- topdan və pərakəndə ticarət;
- ictimai iaşə;
- yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.
5. Turizm sahəsi üzrə:
- mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri
göstərən müəssisələr;
- turagentliklərinin və turoperatorların fəaliyyəti.
6. Maliyyə xidmətləri üzrə:
-maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit
təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).
7. Digər sahələr üzrə:
- poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
- bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
- kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə
əşyalarının, məişət mallarının təmiri;
- avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi,
onların təmiri və yuyulması;
- kirayə və lizinq fəaliyyəti;
- daşınmaz əmlakın alınması və satılması xidmətləri;
- memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər
verilməsi sahəsində fəaliyyət;
- reklam fəaliyyəti və bazarın öyrənilməsi;
- işə düzəltmə agentliklərinin fəaliyyəti;
- tədris və repetitor xidmətləri;
- tərcümə üzrə xidmətlər;
- dizayn fəaliyyəti;
- fotoqrafiya sahəsində fəaliyyət;
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq,
kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət
(konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim
edilən bu kimi digər iş və xidmətlər);
- istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və
yığışdırılması;
- dezinfeksiya xidmətləri;
- toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi
təmizlənməsi;
- dərzi xidmətləri;
- bərbərxana və gözəllik salonları;
- baytarlıq fəaliyyəti;
- heyvan sığınacaqları.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya