Şahbaz Quliyev ikinci dəfə evləndi - FOTO
13:38 31.08.2021
Arxiv
510
2020-ci ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyev ikinci dəfə evlənib.
Bu məlumatı açıqlamasında Şahbaz Quliyev özü təsdiq edib.
O bildirib ki, toy məclisi təşkil edilməsə də, ailə qurması xəbəri doğrudur. Şahbaz Quliyev ailə qurduğu xanımın kimliyi haqqında məlumat vermək istəməyib.
Şahbazın bacısı İradə Quliyeva isə qardaşının keçmiş həyat yoldaşından uzun müddət öncə ayrıldığını söyləyib. O qeyd edib ki, Albina Quliyeva (Veselova) qız övladını da götürərək, vətəndaşı olduğu Rusiyaya qayıdıb:
“Qızının Şahbazla əlaqəsi var. Hazırda 11-ci sinifdə oxuyur. Bəlkə də özü qayıtmaq istəyəcək. Amma hələlik anasının yanındadır”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə gedən 1978-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya