"Şahbaz Quliyevin pakistanlı həkimi ilə görüş olacaq" - Səhhəti pisləşib




"Şahbazı müayinə edən pakistanlı həkimlə qardaşım İlham Quliyev Bakıda görüşüb".

Bu barədə "Sherg.az" öz əzəli və əbədi torpağımız olan Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşının səhhəti ilə bağlı danışarkən bildirib. O qeyd edib ki, görüşdə Şahbazın vəziyyətindən danışılıb:

"Qardaşım həkimdən onun səhhətini soruşub. Bildirilib ki, indi xəstəxanadadır, ancaq bütün analizlərinin cavabı müsbətdir . İlah da sual verib ki, vəziyyəti yaxşıdırsa, niyə bir ay xəstəxanada saxlanılacaq ? Deyiblər ki, indi cəmi bir analizin cavabı çıxmayıb. Əlbəttə, narahatıq. Zəng vurub Beybəlxalq Qızıl Xaç Komitəsi ilə əlaqə saxladım. Bu gün ya da sabah həkim Bərdəyə gələcək, gedib yenidən həkimlə görüşəcəyik. Görək həkim nə deyir. Xəstəxanadan şəkil gətirməlidirlər. Bizə də deyiblər ki, xəstdir. amma heç nəyi dəqiq bilmirik".

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.


Ayyət ƏHMƏD