Şahin Mustafayev İranın yollar və şəhərsalma naziri ilə görüşüb
18:40 09.06.2021
Arxiv
596
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Məhəmməd Eslami Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qələbə münasibəti ilə Azərbaycan xalqını və dövlətini təbrik edib.
Azərbaycan-İran əlaqələrinin dövlət başçılarının siyasi iradəsi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycan ilə İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.
Görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat