Salyanda qəza: 7 yaralı




Salyan rayonunun Noxudliu kəndi ərazisində - Əət-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində "Ford” markalı mikroavtobusla "Mersedes” markalı minik maşını toqquşub.

ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 3 nəfərə yerində yardım göstərilib, 4 nəfər isə Salyan rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.