Sanksiyalar İran iqtisadiyyatını taqətdən salıb
11:44 24.07.2018
Arxiv
736
ABŞ Ruhaninin mesajlarından çəkinən ölkə deyil
İran Prezidenti Həsən Ruhani səfirlər və diplomatik missiya nümayəndələri ilə görüşdə ABŞ rəhbəri Donald Trampın İranın neft ixracını əngəlləmək səylərini tənqid edib. İranın strateji dərinliyinin şərqdən Hindistan, qərbdən Aralıq dənizi, cənubda Qırmızı dəniz və şimalda Qafqaza uzandığını deyən Ruhani, "siyasətdən bir az anlayan insan, heç vaxt İranın neft ixracına mane olmağa çalışmaz” deyib.
Ruhani İran xalqının ölkə təhlükəsizliyi və maraqları əleyhinə təxribata boyun əyməyəcəyini söyləyərək, Trampı "yalançı zalım” kimi qiymətləndirib. İran prezidenti həmçinin, "ABŞ-la müzakirə aparmaq, təslim olmaqdan başqa məna daşımır: "Cənab Tramp! Biz şərəfli bir xalqıq və tarix boyu regionda təhlükəsizliyin zamini olmuşuq. Aslanın quyruğu ilə oynamayın, yoxsa peşman olarsınız”. Bu açıqlamadan sonra Donald Tramp Ruhaninin təhdidinə sərt cavab verib. Tramp İran rəhbərinə bir sıra islam ölkələrinin liderlərinin başına gələnləri xatırladıb: "Heç vaxt, amma heç vaxt ABŞ-ı təhdid etmə. Əks halda, tarix boyu bir neçə nəfərin yaşadığı kimi bunun acısını çəkərsən. Amerika sizin zorakılıq və ölümə dair sözlərinizi həzm edəcək ölkə deyilik. Diqqətli olun”.
Prezidentlərin söz davasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, İran rəhbəri Həsən Ruhaninin çıxışında iki fikir xüsusi diqqət çəkir:
"Ruhani bəyan edir ki, Amerika iqtisadi və psixoloji baxımdan İrana təzyiq göstərməklə ölkədə sabitliyi pozaraq iğtişaş yaratmaq niyyətindədir. Ruhani də anlayır ki, Trampın məqsədi nüvə məsələsini həll etmək deyil, İrandakı rejim dəyişikliyinə nail olmaqdır. Ruhaninin ikinci fikri isə belə olub - "Biz Amerikanın sanksiyalarına qarşı təslim olmayacaq, müqavimət göstərəcəyik”. Ruhani bununla Hörmüz boğazının qapadılmasına işarə edib. Əgər bu boğaz bağlanarsa, regional toqquşma qaçılmaz olacaq. Beləliklə, İran tərəfi bəyan edir ki, Amerika Tehranı gücsüz saymasın və o, lazım gələrsə, Amerikaya qarşı müharibə əmrini də verə bilər”.
Ekspertin sözlərinə görə, Ruhanini bu çıxışa vadar edən səbəblər var: "Birinci səbəb odur ki, sanksiyalar İran iqtisadiyyatını taqətdən salır, daxili və xarici investisiyalar kəsilib.
Qərb şirkətləri ard-arda İranı tərk edirlər, üstəgəl, ölkə daxilində ya işıqlar sönür, ya həftələrlə su kəsilir, müəssisələr yarı gücləri ilə işləyirlər. Bu isə sosial etirazların artmasına gətirib çıxarır. Ruhani belə durumda iqtisadiyyatı dirçəltməkdə çətinlik çəkir. İkinci məqam odur ki, Ruhanini daxildə də sıxırlar. O, son açıqlaması ilə təhlükəsizlik məsələsində mühafizəkarlardan, o cümlədən Ali rəhbərdən az mühafizəkar olmadığını sübut etmək istəyir. "Şirin quyruğu ilə oynamayın” deməklə Trampa mesaj verir. Ancaq təhlükə ondadır ki, Amerika belə mesajlardan çəkinən ölkə deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol