"Sarkisyan şirniklənir və təxribatçı addımlar atır"
14:42 29.03.2017
Arxiv
634
"Son zamanlar Ermənistan prezidentinin davranışları danışıqlar barədə optimist olmağa imkan vermir”.
Bunu Sherg.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
O bildirib ki, xarici işlər nazirlərinin görüşü baş tutsa da, erməni prezidentin son günlər işğal olunmuş ərazilərə hərbi geyimdə səfərləri, Dağlıq Qarabağdan bizə təhdidlər səsləndirməsi Azərbaycan-Ermənistan prezidentləri arasında görüşün baş tutmasına imkan vermir:
"Eyni zamanda sonuncu dəfə Azərbaycan və Fransa prezidentləri arasında baş tutan danışıqlarda Fransua Ollandın səsləndirdiyi, status-kvonun qəbul edilməzliyi haqqındakı fikirlər Azərbaycanın mövqeyinə uyğundur. Ancaq bundan dərhal sonra Ağdamda genişmiqyaslı hərbi təlimlərə başlanması və vasitəçilərin buna laqeyd qalması düzgün deyil. Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonu qəbul etmirsə, vasitəçilik edib, bu görüşləri təşkil etmək fikrinə düşdükdə bunları nəzərə almalıdırlar. Ermənistan prezidentinin mövqeyi işğal rejimini, Azərbaycan ərazilərində yaratdığı qondarma qurumu saxlamaqdır. Bu baxımdan biz bu məsələdə ümidverici hal gözləmirik. Bunun da əsas məsuliyyəti məhz Minsk qrupunun üzvü olan dövlətlərdədir. Çünki onlar təcavüzkarı öz adı ilə adlandırmırlar. Təcavüzkarı öz adı ilə adlandırmaq və işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmək əvəzinə, Amerika, Fransa və Rusiya tərəfləri danışıqlar masasına dəvət edir. Sözsüz ki, biz sülh tərəfdarı olduğumuzdan danışıqlara da hazırıq, amma cinayətkar rejimin təmsilçiləri danışıqlara gəlmir. Dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistana təzyiqləri gücləndirmək lazımdır. Bu təzyiq olmadığına görə S.Sarkisyan şirniklənir və təxribatçı addımlar atır”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparıldığını da söyləyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya