“Prosesin qarşısını yalnız davamlı, inadkar və peşəkar səviyyədə əks-təbliğat, lobbiçilik fəaliyyəti ilə almaq mümkündür”
Savelyev Rusiyada təklənir
08:37 05.07.2018
Arxiv
388
“Qarabağ Azərbaycanındır” deyən deputata ermənilər hücum edir
“Prosesin qarşısını yalnız davamlı, inadkar və peşəkar səviyyədə əks-təbliğat, lobbiçilik fəaliyyəti ilə almaq mümkündür”
“Prosesin qarşısını yalnız davamlı, inadkar və peşəkar səviyyədə əks-təbliğat, lobbiçilik fəaliyyəti ilə almaq mümkündür”
İşğal olunmuş Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edən Rusiya Dövlət Dumasının deputatına qarşı hücumlar başlayıb. "Rossiya 1” telekanalında yayımlanan siyasi tok-şouda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Cocuq Mərcanlı kəndinə səfər etmiş Liberal Demokrat Partiyasından olan deputat Dmitri Savelyevi məhv etməyə çağırıb.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən Baqdasarov Savelyevi partiyadan qovmağa çağırıb: "Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir. Heç olmasa, bu deputatın məsələsini həll edin. Mən ümid edirəm ki, Vladimir Volfoviç bu məsələni həll edəcək”. Erməni ekspertin sözləri Jirinovski və verilişin aparıcısı, Ermənistanın fəxri vətəndaşı Vladimir Solovyov tərəfindən də dəstəklənib.
Solovyov başını bulayaraq bunları deyib: "Deputat Savelyev Ermənistanın deyil, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu bəyan edib”. Məlumdur ki, Rusiyada Azərbaycanla bağlı həqiqətləri deyənlər açıq şəkildə ermənilərin və ermənilərə dəstək verənlərin təzyiqinə, hətta təhdidinə məruz qalırlar. Xüsusən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının mövqeyini müdafiə edən obyektiv şəxslər açıq hədəfə çevrilirlər. Bəs, Rusiya mühitində bu prosesin qarşısını almaq, ermənilərin təhdidlərini ifşa etmək mümkündürmü?
Obyektiv fikir bəyan edən rusiyalı siyasilərin erməni təzyiqi ilə üzləşməsinə münasibət bildirən politoloq Zaur İbrahimli "Şərq”ə deyib ki, lobbiçilik, informasiya müharibəsi və təbliğat sahəsində güclü müqavimətlə üz-üzəyik. Rusiya efirlərində Azərbaycanla bağlı müzakirələr və ermənilərin mövqeyinin müdafiəsi də bunun təzahürüdür:
"Azərbaycanın bu sahədə hər hansı uğurlu addımı ölkəmizi sevməyənləri, xüsusən erməniləri çox qıcıqlandırır. Cocuq Mərcanlı kəndində keçirilən konfransda Rusiya tərəfi kifayət qədər nüfuzlu şəxslərlə təmsil olundu. İki il əvvəl ermənilərin nəzarət etdiyi və Ermənistanın daxili, xarici siyasətində yeni mərhələ açan "aprel döyüşləri” nəticəsində azad olunan bir kənddə bu cür tədbirin keçirilməsi çox əhəmiyyətli hadisədir.
Yüksək təmsilçiliklə reallaşan tədbir ancaq siyasi rəhbərlik və kuratorların razılığı ilə mümkün ola bilərdi. Bu isə Ermənistan üçün çox ciddi siqnal və mesajdır. Həm də, 2016-cı ilin aprelinə bir işarədir. Şübhəsiz ki, bu konteksti erməni ekspertlər, onları müdafiə edənlər də yaxşı anlayırlar. Açıq aqresiyya bu mesajın güclü təsirindən qaynaqlanır”.
Analitik Azərbaycanın mövqeyini müdafiə edənlərə hücumların davam edəcəyini deyib:
"Prosesin qarşısını yalnız davamlı, inadkar və peşəkar səviyyədə əks-təbliğat, lobbiçilik fəaliyyəti ilə almaq mümkündür. Rusiyalı ekspert və media icmasını Azərbaycanla əməkdaşlığa daha çox cəlb etmək lazımdır. Bu işləri yalnız dövlət və hökumətlə bağlamaq düzgün olmazdı. Ekspertlərimiz, vətəndaş cəmiyyətimiz və adi insanlarımız müasir kommunikasiya vasitələrindən daha səmərəli yararlanıb erməni təbliğatına və onları müdafiə edənlərə qarşı mübarizə aparmalıdır. Niyə "Rossiya 1” telekanalının rəhbərliyinə müraciətlər etməyək? Niyə Solovyov və digərlərinin bu naqis hərəkətərini sosial şəbəkələrdə müzakirəyə çıxarmayaq?
Yəni hər birimizin görəcəyi iş çoxdur, təki istək olsun”. Ekspertin fikrincə, məsələnin digər tərəfi Azərbaycan diasporu ilə bağlıdır:
"Kremldəki kabinetlərlə yaxşı əlaqələri olan soydaşlarımız var. Bu cür kritik anlarda onlardan daha fəal dəstək ummağa haqqımız var. Düzdür, kulisdə müəyyən mənada mübarizə göstərirlər. Lakin bəzi hallarda açıq şəkildə mövqe ifadə etməyə ehtiyac var. Cəmiyyət, dövlət və fərd olaraq diaspora səviyyəsində səylərimizi əlaqələndirməliyik.
Daha fəal olmaq və informasiya müharibəsinə daha çox resurs ayırmaq lazımdır. Fəaliyyətimiz genişmiqyaslı olmalıdır. Diasporanın yeni formatda təşkilatlanması sürətləndirilməli və ÜAK-ın yerində effektiv təşkilat qurulmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm