Saxta spirtli içki emal edən sex aşkarlandı - FOTO
11:00 16.08.2019
Arxiv
442
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.
Qurumdan "Sherg.az"a verilən məlumata görə, baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır.
Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb.
Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 100-lərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.
Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət