“Seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq” - Sergey Lebedev
06:49 12.04.2018
Arxiv
536
"Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanıb və təşkil olunub”.
APA-nın məlumatına görə, bu sözləri MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib. O bildirib ki, MDB müşahidə missiyası martın 20-dən Azərbaycanda işləyir: "Əvvəlcə 20 uzunmüddətli müşahidəçi var idi. Səsvermə ərəfəsində yeni üzvlər də əlavə oldu. Ümumilikdə səsverməni 221 müşahidəçimiz izlədi. Bütün regionları əhatə etdik”.
S. Lebedev Azərbaycanın Seçki Məcəlləsinin beynəlxalq normalara cavab verdiyini söyləyib: "Məcəllə vətəndaşların iradəsini ifadə edir. Bizi hər yerdə xoş niyyətlə qarşıladılar, missiyamızı yerinə yetirmək üçün hər cür şərait yaratdılar. Bizim missiyanın əsas məqsədi dövlətin daxili işinə qarışmaq deyil, ölkənin qanunlarına hörmət etmək idi. İnsanlarda bayram əhval-ruhiyyəsi hiss olunurdu. Yaşlı insanlara yardım edirdilər. İlk dəfə səsverməyə gələn gənclərə yol göstərilirdi”.
ILAN
facebook.com
Daha ətraflı
Native Video by Adributor
S. Lebedev qeyd edib ki, bütün namizədlər öz proqramlarını təqdim etmək üçün KİV-ə çıxış əldə edə bilmişdilər: "Bütün bunların əsasında biz seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq. Səsvermə Azərbaycan Seçki Məcəlləsinə uyğun oldu, açıq və şəffaf keçirildi. Namizədlər üçün rəqabət mühiti yaradılmışdı. Bəzi çatışmazlıqlar da oldu, lakin bunlar əsasən texniki xarakter daşıyırdı”.
MDB Parlamentlərarası Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov da qeyd edib ki, Azərbaycanda prezident seçkiləri qanuna uyğun keçirilib: "Qafqazda platforma, proqram deyil, nüfuzlu şəxsiyyətin olması vacibdir. Azərbaycan prezidenti də belə nüfuza malikdir. Seçkilərə çox böyük maraq var idi. Azərbaycan seçki qanunvericiliyini mükəmməlləşdirmək istiqamətində işləri davam edir. Seçki ilə bağlı səlahiyyətli orqanların böyük işini qeyd etmək istəyərdim. Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya