Səhər saat 5-ə qədər metro sərnişinləri evə çatdırılıb
07:21 30.05.2019
Arxiv
555
Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı metropoliteni oyunun keçirildiyi 29 may və 30 maya keçən gecə gücləndirilmiş iş rejimində çalışıb.
Bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sərnişinləri və qonaqlarının təhlükəsizliyini, rahat hərəkətini təmin etmək məqsədilə əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb olunub. Olimpiya stadionunda oyunu canlı izləyən tamaşaçıların metropolitendən istifadəsi tam şəkildə təmin edilib. Metro stansiyaları saat 04:00-a qədər sərnişinlərin girişinə açıq olub. Səhər saat 05:00-a kimi bütün sərnişinlər mənzil başına çatdırılıb.
Həmçinin qeyd edilib ki, may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda 30 könüllü paytaxtın qonaqlarına yüksək səviyyədə mədəni xidmət göstərib. Müvafiq qaydalarla təlimatlandırılan və hər biri yaddaş kitabçaları ilə təmin olunan metropoliten könüllüləri üzərinə "Ask me” ("Məndən soruş”) yazılan xüsusi geyimlərdə olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm