Şəkidəki hadisədə ölənlərin kimliyi müəyyənləşdi - YENİLƏNİB
06:48 20.03.2018
Arxiv
824
Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qəza zamanı ölənlər və yaralananlar rayonun Kiçik Dəhnə kənd sakinləri Adəm Şahruz oğlu Adıgözəlov və Murad Zaman oğlu Həşimovdur.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Pərviz Rizvan oğlu Cəmilov, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamov və 1983-cü il təvəllüdlü sürücü Allahverdi Vitya oğlu Mustavayev yaralanıb.
Yaralılardan Pərviz Cəmilovun müalicəsi Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Laçın Adamov və Allahverdi Mustafayevin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
****
00:08
Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 23 radələrində Qaraməryəm-İsmayıllı- Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələ ki şəxsiyyəti müəyyənləşməyən sürücü idarə etdiyi "VAZ 2106” markalı 10 BP 018 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Daha sonra maşın ağaca yaxınlıqdan keçən qaz xəttinə dəyərək xətti qırıb.
Qəza nəticəsində hadisə yerində ölən və avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı xəsarət alan daha üç nəfər isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Hazırda ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya