Səməd Seyidov: "CHP-li deputatların əleyhimizə səs verməsi..."




"Türkiyə deputatlarının bir qrupunun AŞPA-da Azərbaycana qarşı sənədə səs verməsi, ümumi mənzərəyə heç bir təsir göstərməyəcək. Azərbaycan-Türkiyə əlaqələri möhkəmdir, bu münasibətləri heç bir qüvvə poza bilməz”.

Sherg.Az xəbər verir ki, bu sözləri parlamentin iclasında, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkillərinin Azərbaycan əleyhinə qətnaməyə səs verməsindən dasnışarkən deyib: 

"Baxmayaraq ki, təzyiqlər həddən artıq böyükdür. Amma bu hücumlar Azərbaycanın uğurlu siyasətinin məntiqi nəticəsidir. AŞ-la münasibətlərimizi çox ciddi müzakirə etməliyik. Hesab edək ki, deputatlardan başqa, Avropada Azərbaycaan qarşı hansısa proseslər gedir. Biz əlimizdən gələni etməliyik ki, AŞ-la əlaqələrimiz ikitərəfli qarşılıqlı hörmət əsasında formalaşsın". Anar