Şəmkirdə 4 nəfər göldə batdı





Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub. FHN-in  verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.


APA-nın qərb bürosunun xəbərinə görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.