Serbiyanın sabiq Baş naziri: Bakı Forumu qlobal məsələləri müzakirə etmək üçün müstəsna tədbirdir
08:00 17.03.2018
Arxiv
843
Azərbaycan və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən bu il altıncı dəfə təşkil olunan Qlobal Bakı Forumu müstəsna tədbirdir, çünki bütün dünyadan siyasətçiləri və ekspertləri bir yerə toplayaraq dünyanın bütün regionları üçün vacib olan problemləri müzakirə etməyə imkan yaradır.
Bunu özəl olaraq Trend-ə Serbiyanın sabiq Baş naziri Mirko Tsvetkoviç deyib.
M.Tsvetkoviç bildirib: "Bu cür tədbirlər təşkil etməklə Azərbaycan özünü həm regional, həm də dünya miqyasında vacib problemlərin həlli yollarını dayanmadan axtaran bir ölkə kimi tanıdıb. Bu forumda iştirak edən ölkələr bir sıra vacib problemlərin həllində istifadə oluan biləcək ideyalar irəli sürür”.
Sabiq Baş nazir, həmçinin hazırda Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti dəstəklədiyini bildirib:
"Biz Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, eyni zamanda qlobal iqtisadi layihələrin, o cümlədən enerji layihələrinin reallaşdırılması üçün atılan attımları görməkdən məmnunuq”.
Azərbaycan tərəfindən qeyri-enerji sektorunda həyata keçirilən işlər barədə danışan M.Tsvetkoviç deyib ki, ölkədə həyata keçirilən tikintinin genişləndirilməsi, nəqliyyat və logistika layihələrinin reallaşdırılması üzrə işlər Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətində də müşahidə olunur:
"İnkişaf etməkdə olan bu sahələr Azərbaycana enerji xammalından asılılığı aradan qaldırmağa və daha mütərəqqi iqtisadi hədəflərə çatmağa imkan verəcək”.
Qeyd edək ki, Azərbaycan paytaxtında "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işini davam etdirir.
Forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.
Bu gün VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
Martın 17-dək davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm