"Sevgilim ol": İrandan qaçıb İstanbula gəldi, eyni vəziyyətlə qarşılaşdı

Başı açıq şəkilini Instaqramda paylaşan İranlı aktrisa Sadaf Taherianın ölkəsində sənətinə  qadağa qoyulduğuna görə İstanbula gəlib. Ancaq Sadaf Taherian İranda yaşadığı problemləri Türkiyədə də yaşadığını ifadə edir: "İranda da vəziyyət eyni idi. İş danışıqlarına  getdiyim zaman  mənə ‘imam nigahı qıyaq', ‘Sevimlim ol' kimi təkliflər aldım. Burada vəziyyətin fərqli olacağını zənn edirdim, amma burada da vəziyyət eynidir. Türkiyədə xoşbəxt deyiləm. Buranın fərqli olduğunu düşünərək yanılmışam." deyir.
"BURANIN İRANdan DAHA RAHAT OLACAĞINI DÜŞÜNMÜŞDÜM"
Bir ildir İstanbuldayam. Buranın İrana görə daha rahat olacağını düşünürdüm, amma elə deyilmiş. Bura bəzi mövzularda sərbəst, amma hər mövzuda deyil. Mən sərbəst yaşamaq üçün deyil, işimi görmək  üçün ölkəmi tərk etdim. İş danışıqlarını  etmək üçün burada bəzilərini tanımaq lazımdır. Aktyorluq sənətimi davam etdirmək üçün getdiyim hər yerdə "Sevgilim ol, yoldaşım ol" kimi təkliflər görürəm.