Şirkətə 20 min manat "atan" işçiyə HÖKM OXUNDU




Çalışdığı şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, E.Məmmədov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, çalışdığı müddətdə şirkətin 20 min manat pulunu mənimsəməkdə təqsirli bilinib. E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməyib.