SON DƏQİQƏ: Hacı Məmmədov həbsxanada özünü öldürdü - YENİLƏNİB
20:51 03.12.2017
Arxiv
809
Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.
Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.
Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.
***
23:19
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Lent.az-ın əldə etdiyi məlumata görə, Hacı Məmmədov bu gün Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən vərəmli xəstələr üçün nəzərdə tutulan ixtisaslaşdırılmış Müalicə Müəssisəsində özünü asaraq həyatına son qoyub.
Xəzər rayon Prokurorluğundan faktı Lent.az-a təsiqləyiblər. Faktla bağlı araşdırmalara başlanılıb.
Qey edək ki, Hacı Məmmədov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər” əməliyyatı ilə həbs edilib və 19 yanvar 2007-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda, qətllərdə, adam oğurluğu və igər cinayətlərdə təqsirli bilinib.
11 il MTN-n təcridxanasında saxlanılan H.Məmməov daha sonra cəzaçəkmə müəssisəsinə köçürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya