Son dəqiqə: Mersin sular altında qaldı

Mersinin Toroslar qəsəbəsinə bağlı Yalınayak məhəlləsində sel sularına qapılan 30 yaşlarında, üzərindən şəxsiyyət vəsiqəsi çıxmayan bir qadın boğularaq həyatını itirib. Vətəndaşlar avtomobillərinin içində qapalı qalıb. 7 qəsəbədə məktəblər 1 gün müddətinə  tətil edilib. Bələdiyyə xalqı məcbur qalmadıqları halda çölə çıxmamaları haqda  xəbərdarlıq edib. Mersin Böyükşəhər Bələdiyyəsi bu gün kvadrat metrə düşən yağışın 125 kiloqram olduğunu eşitdirərək, hadisəni bir fəlakət olaraq xarakterizə edib. Açıqlamada şəhərdə 15 ildir bu qədər şiddətli bir yağmurun görünmədiyi ifadə edildi.