“Soyqırım Muzeyi” kitabının təqdimat mərasimi keçiriləcək




Sabah saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə yeni layihəsi olan "Soyqırım Muzeyi” kitabının təqdimat mərasimi keçiriləcək.

 Bu barədə Sherg.az-a Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, 
tədbirin təşkilatçıları Tarix İnstitutu, Hərbi Prokurorluq və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasıdır. Təqdimat mərasimi Bakı şəhəri, Nizami küçəsi 58- də yerləşən Prezident Kitabxanasında baş tutacaq,