SSTAA İB bu layihəni davam etdirir





Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətəndaşlar arasında Hasilat Sənayesində Şəffaflıq prosesləri barədə məlumatlandırma işinin təşkili”layihəsi üzrə fəaliyyətləri davam etdirir.

SSTAA İB –nin Mətbuat Xidmətindən verilən xəbərə görə, layihə fəaliyyəti üzrə növbəti seminarlar Cəlilabad və Biləsuvar şəhərlərində baş tutmuşdur: 

"Seminarlar bu rayonlarda fəaliyyət göstərən şirkətlərlər,yerli icmalar və yerli hakimiyyət orqanlarının nümayəndələrinin,yerli vətəndaşların,QHT,KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Seminarlarda ilk 45 dəqiqə ərzində qanunvericilik bazası haqqında məlumat verilmişdir. Bu zamanHasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri,bu təşəbbüsdə Azərbaycanın iştirakçılıq vəziyyəti,Vətəndaşların məlumatlara çıxış imkanları,yerli əhəmiyyətli məsələlərin həllində Hasilat Sənayesinə daxil olan şirkətlər və onları üzərinə düşən korporativ məsuliyyətlər,hasilatın pay bölgüsündə iştirak edən şirkətlər və pay bölgüsünün mexanizmləri və.s müzakirə olunmuşdur.

Nöbəti 45 dəqiqə ərzində QHT vəYerli vətəndaşların iştirakı ilə HSŞT və ictimai nəzarətin təşkili istiqamətində səylərin artırılması, HSŞT işində QHT-ləri rolu və həyata keçirdiyi layihələr,problemlər və onun həlli istiqamətində səylərin birləşdirilməsi, əməkdaşlıq münasibətlərinin qurulması haqqında məlumatlar verilmişdir

Seminarların sonunda iştirakçıların verdiyi suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

Seminarlarda ekspert qismində Layihə rəhbəri İlqar Hüseynli və Fərhad Qəşəmli ekspert qismində iştirak etmişdir.Bu sahədə fəaliyyət göstərən ekspert Xalid Kazımov tərəfindən hazırlanmış təqdimat iştirakçılara təqdim edilmişdir.

Eyni zamanda layihə çərçivəsində hazırlanmış tədqiqat işi iştirakçılarla birlikdə müzakirə edilmişdir.İştirakçıları maraqlandırılan suallar cavablandırılmışdır.