"Star"Azərbaycan- Türkiyə əlaqələrini ən yüksək səviyyəyə çatdıracaq" - Analitik

"Prezident İlham Əliyevin dünən Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində vurğuladığı kimi Azərbaycan-Türkiyə  arasındakı dostluq, qardaşlıq əlaqələri "bir millət iki dövlət" deyimi üzərindən təyin olunmaqdadır". 
Bunu "Serg.az"a analitik Ehtiram Aşırlı bildirib. 
Analitikin sözlərinə görə, tarixdən gələn etnik və mədəni yaxınlıq iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəli inkişafına təsir edən ən əhəmiyyətli faktorlardan biridir: 
"9 noyabr 1991-ci ildə Türkiyənin Azərbaycanı tanımasıyla birlikdə qurulan rəsmi əlaqələr, indiki vaxtda strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdirilir. Bu strateji tərəfdaşlığın ən vacib xüsusiyyəti, şübhəsiz ki, enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanla Türkiyə arasında enerji sahəsinə dair BTC neft boru kəməri, BTƏ, TANAP təbii qaz boru xətti kimi layihələr reallaşdırılıb.
 Azərbaycan-Türkiyə əlaqələrinin ən əhəmiyyətli ölçüsünü enerji sahəsi təşkil edir. Bundan sonrakı müddətdə Azərbaycan və Türkiyə dövlətləri arasında alternativ yenilənə bilən enerji sektorunun inkişaf etdirilməsi üçün sərmayələrin qoyulması gözlənilir. Bir sözlə, realladışdırılan bu layihə dövlət başçımızın qeyd etdiyi kimi iki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə çatdıracaq".
Ayyət Əhməd