DePaulo 63 yaşındadır və həyatı boyu tək yaşadığını söyləyir. ABŞ-ın Santa Barbara Universitetinin müəllimi, psixoloq DePaulo, tək yaşamanın faydalarından danışdığı bir konfransda "Heç bir zaman evlənməyi düşünmədim. Tək yaşamaq mənim üçün muradıma yetmənin özüdür" deyib.
Xarici media xəbər verir ki,10 ildən çox bir müddətdə özü kimi subaylığı seçən insanları araşdıran DePaulo, tək yaşamanın daha geniş bir ictimai ətrafa sahib olduğunu, insanın sağlamlığı ilə daha yaxşı məşğul olduğunun psixoloji və fiziki faydasını təyin edib.
DePaulo PsychCentral başlıqlı bloqa, "Subayların tək, sevgisiz və səfil bir həyat sürdüyü və həyatda ən çox istədikləri şeyin həyat yoldaşı tapmaq olduğu yolundakı inanclar tamamilə bir əfsanədir" deyə yazıb.
DePaulo 2016-cı ildə evli və subay insanlar haqqında aparılmış 800-dən çox araşdırmanı incələmiş və bu mövzuda özü kimi düşünən başqa mütəxəssislər də tapıb.
İctimai həyat üstünlüyü
Evli insanların daha geniş ətrafları və daha rəngli ictimai həyatları olduğunumu düşünürsünüz? Bu düşüncənizi bir nəzərdən keçirin.
2015-ci ildə ictimai alimlər evli və subay amerikalılar arasında qohumlar, qonşular və yoldaşlarla əlaqələr baxımından müqayisəli bir iş araşdırıb.
Araşdırmaların sonunda subayların ictimai ətraflarıyla daha möhkəm əlaqədə olduğunu təyin ediblər. Üstəlik evlilərə nisbətən bu ətraflarıyla çox daha möhkəm bir həmrəylik içində olduğunu görüblər.
Qısası araşdırmalar, "Subay olmaq, istər qadında, istərsə də kişidə ictimai əlaqələri gücləndirir" deyə nöqtələyirlər.
Subay olmaqla sağlamlıq arasındakı bağ
Evlənərək daha məskun bir nizama keçən insanların, xüsusilə məşq baxımından daha sağlam olmayan həyat vərdişlərinə keçdikləri fikirində bir gerçək payı ola bilər.
18 və 64 yaş arasında 13 min kişi və qadın üzərində araşdırma aparan mütəxəssislər subay olan və heç evlənməyənlərin, evlənən ya da boşanmışlarla nisbətdə daha sıx məşq etdiyini müəyyənləşdirib.
2015-ci ildə "Social Science and Medicine” adlı elmi jurnalında yayılan və 9 Avropa ölkəsində 4 min 500 adamın bədən kütlə indekslərini araşdıran bir araşdırma, subay qadın və kişilərin rəqəmlərinin evlilərə nisbətən daha aşağı çıxdığını göstərib. Eyni araşdırma evli cütlüklərin subaylara nisbətən 2 kilo 200 qram daha ağır çəkili olduğunu ortaya çıxarıb.
İngiltərədə subay 1000 adamla 1998-ci ildən bu yana evli olan 3 min adamın müqayisə edilməsi üzərinə reallaşdırılan bir araşdırma isə subayların, evlilərə nisbətlə fərdi inkişaf sarıdan daha çox təcrübə əldə etdiyini müəyyən edib.
Evli kişilər xəsis olur
1987-1988-ci illərdə sorğuya çəkilən və bu tarixdən 5 il sonra yenidən rəyi öyrənilən çəkilən amerikalı kişilər arasında maraqlı nəticələr əldə olunub. Bu tarixlər arasında evlənən kişilərin dostları üçün subay günlərinə nisbətən təxminən 1875 dollar daha az xərclədikləri müəyyən olunub.
Eyni araşdırma qadınlar üçün isə bənzər nəticələr vermir.