“Sülh Ermənistan üçün yeganə xilas yoludur" - Millət vəkili
15:42 08.08.2018
Arxiv
1339
"Erməni cəmiyyəti başa düşür ki, bu ölkənin müstəqilliyi yalnız Azərbaycanla sülh əldə etməkdən keçir”.
Bunu "Sherg.az”a millət vəkili Asim Mollazadə deyib.
O bildirib ki, Ermənistan bölgədə sabitliyi pozan, təcavüzkar siyasət aparan dövlət kimi tanınır:
"Sülh Ermənistan üçün yeganə xilas yoludur. Ermənistan qonşularla ərazi iddiaları əsasında deyil, normal əməkdaşlıq səviyyəsində siyasətini qursaydı, xilas olub, müstəqil dövlətə çevrilə bilər. Ermənistanda bunu anlayan qüvvələr var.
Sadəcə olaraq, bu ölkədə qorxu çəkilməyib. Bəzi hərbi cinayətkarlar həbs edilsə də, onların üzərində tək Ermənistan məhkəməsinin deyil, beynəlxalq tribunalın hökmünə də ehtiyac var. Cəmiyyətin reallıqları anlaması üçün bu kimi problemlərin aradan qaldırılması vacibdir”.
Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Mətbuat mərkəzinin məlumatına görə, Masis şəhəri hərbi komissarlığının rəisi korrupsiyada ittiham olunaraq tutulub. O, çağırışçıların hərbi xidmətdən möhlət alması üçün cinayət işlətməkdə ittiham olunur. MTX-nin məlumatına əsasən, bu cinayətdə hərbi komissarlığın əməkdaşları, vasitəçilər, həkimlər və çağırışçılar iştirak ediblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual