Sumqayıtda ilk "Şəbəkə" xidmət mərkəzi istifadəyə verildi
09:30 26.07.2018
Arxiv
709
Sumqayıt şəhərində bir mərkəzdən telekommunikasiya və poçt xidmətləri göstərən ilk "Şəbəkə" mərkəzi vətəndaşların ixtiyarına verilib.
"Sherg.az" xəbər verir ki, artıq Sumqayıt şəhər sakinləri Heydər Əliyev prospektində yerləşən "Şəbəkə”nin xidmətlərindən istifadə edə bilərlər.
Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstəriləcək.
Bununla da respublika üzrə fəaliyyət göstərən "Şəbəkə” xidmət mərkəzlərinin sayı 8-ə çatıb. Bu mərkəzlərdən 5-i paytaxt Bakıda, 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin Bakının bütün rayonlarında və ölkənin digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərində nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
Eyni zamanda, "Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, poçt markası, zərf və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "SmartPay” ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm