Sumqayıtda sərnişin avtobusu yandı - Xəsarət alan yoxdur




Bu gün Sumqayıt şəhərində 7A nömrəli sərnişin avtobusu yanıb.

Görüntüləri Oxu.Az-a Kənan Musayev adlı izləyici göndərib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının ətrafdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Xəsarət alan yoxdur.