Suqovuşanda elektrik xətlərinin çəkilişi başa çatıb
06:14 26.05.2021
Arxiv
505
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik xəttinin çəkilişi başa çatıb.
“Azərişıq” ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, bu gün qəsəbəyə elektrik enerjisi verilib.
“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işlər yekunlaşdırılıb. Suqovuşan qəsəbəsinə 110/35/6 kV-luq Tərtər yarımstansiyasından yeni elektrik verilişi xətti çəkilib. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.
Bildirilib ki, Ağıllı Şəbəkə Konsepsiyası Suqovuşanla yanaşı işğaldan azad edilmiş digər ərazilərdə də tətbiq edilir.
İstifadə edilən müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə ənənəvi elektrik veriliş xəttinə nisbətən xəttin texniki itkilərini 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə, sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə, istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərclərini dörd dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər bir kilometr elektrik xəttinin mühafizə zonasına görə beş dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir.
Əlavə edilib ki, Tərtər rayonu Suqovuşan qəsəbəsinin və Talış kəndlərinin elektrik təchizatı üçün 35 kV-luq 2,5 MVA gücündə “Suqovuşan” yarımstansiyası inşa edilib. Gələcəkdə yarımstansiyada ikinci 35 kV-luq transformatorun quraşdırılması nəzərdə tutulub. Hazırda yarımstansiyadan hərbi hissə elektrik enerjisi ilə təmin olunur.
Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kV hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat