Suriyada zirzəmidə kimyəvi silah laboratoriyası aşkarlandı




Rusiya hərbçiləri Suriyanın Duma şəhərində kimyəvi silah istehsalında istifadə edilən maddələrin saxlanıldığı anbar aşkarlayıblar.
APA-nın Rusiyanın "Zvezda” telekanalına istinadən verdiyi xəbərə görə, yaşayış binasının zirzəmisində yerləşən anbar kimyəvi laboratoriya kimi təchiz edilib.


Rusiyalı mütəxəssislər aşkarlanan maddələrin öldürücü qazların istehsalında istifadə edildiyini istisna etməyib.