Suriyalılar bir-bir qeydiyyata alınacaq: Nazir mühüm tapşırıq verdi




Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ölkənin 81 əyalətində məskunlaşan suriyalılarla bağlı önəmli tapşırıq verib.

Axar.az xəbər verir ki, nazir suriyalıların bir-bir qeydiyyata alınmasını tapşırıb.

"Suriyalıların olduğu miqrasiya sahəsi Türkiyənin kəndir üstündə deyil, qılınc üstündə yeridiyi bir sahədir. Xidmət etdiyiniz ərazilərdə suriyalıların adlarını bir-bir bilməlisiniz", - Soylu qeyd edib.