Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başlayıb





İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başlayıb.

"Report”un verdiyi xəbərə görə, üç ölkənin prezidentləri - Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, zirvə görüşü ilə yanaşı, üç prezident arasında ikitərəfli görüşlər də keçirilib.