Təhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMR
13:41 22.03.2019
Arxiv
504
Təhsil naziri Ceyhun Bayramov "Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin yekunları haqqında əmr imzalayıb.
ONA-nın xəbərinə görə, əmrlə, 2019-cu il 12-14 fevral tarixlərində "Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilən qaliblərinin siyahısı, habelə 2019-cu ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı da təsdiq edilib.
Əmrə əsasən, təşkilatçıların 2019-cu il 4 fevral tarixli birgə qərarına uyğun olaraq qaliblərə, qalib şagirdlərin rəhbərlərinə nəzərdə tutulmuş pul mükafatları, Münsiflər heyətinin üzvlərinə, Elmi Ekspertiza Komitəsinin üzvlərinə isə qonorar veriləcək.
Əmrdə göstərilir ki, ABŞ-a gedəcək şagirdlərin yol xərcləri İntel Fondu tərəfindən ayrılan qrant hesabına və bir qismi Azərbaycan Təhsil Nazirliyi tərəfindən müsabiqə üçün nəzərdə tutulmuş xərclər hesabına ödəniləcək.
Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.
Qeyd edək ki, 2019-cu il 12-14 fevral tarixlərində Bakı şəhərində "Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçirilib. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Şəki, Mingəçevir, Şirvan, Lənkəran, Cəlilabad, Balakən, İsmayıllı, Qax, Xaçmaz və Ucarda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Elektron qeydiyyatdan keçirilmiş 225 layihədən müsabiqədə 187 layihə ilə 311 şagird iştirak edib. Bu layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələr olub. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 50 layihə üzrə 84 şagird, o cümlədən I yerə 8 layihə üzrə 14 şagird, II yerə 17 layihə üzrə 28 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb. Qaliblər sırasından İntel İSEF-də iştirak etmək üçün 5 layihə (8 şagird) seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm