Tələ qurub 3 nəfəri öldürən şəxs ələ keçdi




 Kastamonunun Tosya rayonunda 3 nəfəri öldürən şübhəli jandarma qrupların tərəfindən tutulub.

Əldə edilən məlumata görə, Çaybaşı kəndində mübahisəsi olan kəslərə tələ quraraq 3 nəfəri ov tüfəngi ilə öldürən S. M.  polis qrupları tərəfindən təşkil edilən əməliyyatla saxlanıb. Qurduğu pusqu ilə 3 nəfəri öldürüb, bir nəfəri də yaralayan cinayət şübhəlisi S. M. hadisədən sonra itkin düşmüşdü.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, jandarma qruplarının əməliyyat ilə gizləndiyi tarlada tutulan şübhəli S. M. qruplar tərəfindən nəzarətə alınaraq polis bölməsinə aparılıb.

Jandarma qrupları kənddə geniş təhlükəsizlik tədbiri həyata keçirib.