Təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir - RƏSMİ
14:30 16.08.2019
Arxiv
397
Ümumi orta təhsil səviyyəsini yüksək qiymətlərlə bitirən şagirdlər meyl və maraqları, təlim nailiyyətləri, gələcək ixtisas yönümü nəzərə alınmaqla məktəbdə təşkil edilmiş təmayül siniflərinə qəbul olunurlar.
Nazirlikdən APA -ya verilən məlumata görə, “Ümumi təhsil haqqında” qanuna əsasən, təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir. Təmayül siniflərinə şagird seçimi hər dərs ilinin II yarımilinin əvvəlindən başlanılır. Şagird sayı az olan və bir-birinə yaxın ərazidə yerləşən müxtəlif məktəblərin şagirdlərindən seçilmiş bir məktəbdə təmayül sinifləri təşkil oluna bilər. Bu zaman həmin təhsil müəssisəsinin əlverişli coğrafi mövqedə yerləşməsi, yol infrastrukturu, məktəbdə peşəkar və təcrübəli müəllimlərin olması kimi amillər nəzərə alınır.
Meyl və maraqları müxtəlif istiqamətli olan şagirdlərdən ibarət yaxın 2 təmayül sahəsini əhatə edən siniflər (qoşa təmayüllü) təşkil oluna bilər. Bu siniflərdə uyğun təmayül siniflərilə yanaşı, “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Fiziki tərbiyə”, “Çağırışaqədərki hazırlıq” fənləri tədris olunur.
Yerdəyişmə zamanı şagird getdiyi məktəbdə eyni təmayüllü sinfə qəbul edilir. Belə sinif olmadıqda şagird öz arzusuna görə qismən yaxın təmayüllü sinfə qəbul edilə bilər. Əks halda şagird ərazidəki təmayül tətbiq edilməyən məktəbin adi sinfində təhsilini davam etdirməlidir. Şagird X sinifdə oxuyarkən dərs ilinin birinci yarısında, ən geci yarımil başa çatanadək təmayül istiqamətinin dəyişilməsinə yol verilir.
Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya