Təranə Qumral: "Məhkəmə qərarını icra etməyəcəm"
10:01 03.07.2018
Arxiv
381
Müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı təzələnib.
Nazənin vəkili Ceyhun Yusifov vəsatət verərək icra məmurunun məhkəmədə dindirilməsini istəyib.
Həmçinin vəkil bildirib ki, Təranə Qumral bütün sosial şəbəkələrdə, yaxın ətrafına məhkəmə qərarını tanımadığını deyib: "Bildirib ki, hüquqdan üstündür. Heç zaman məhkəmənin qərarını icra etməyəcək. Həmi sübutları məhkəməyə təqdim edə bilərik".
Prokurorun suallarına cavab verən Təranə Qumral da bildirib ki, məhkəmənin verdiyi qərarı icra etməyəcək: "Düşünürəm ki, məhkəmə yanlış qərar çıxardıb. Ona görə də icra etmirəm".
Məhkəmə iyulun 12-də davam edəcək.
Qeyd edək ki, Təranə Qumral bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.
Təranə Qumral Cinayət Məcəlləsinin 306-cı maddəsi barəsində iş başlanılıb.
Qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində 306-cı maddə ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat