"Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülür,amma..." - YAP-çı deputat

"...ölkəni müdafiə etmək məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir, mövqeyinizi ortaya qoyun”



"Xaricdə yaşayan bəzi azərbaycamlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycan qarşı iş aparırlar. Fransada Azzərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər”.

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

İcra katibi bildirib ki, belə azərbaycanlılar "sapı özümüzdən olan baltalardır: "Vətənə, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir. Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülür, amma ölkəni müdafiə etmək məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir, mövqeyinizi ortaya qoyun”.

Anar