Terrora məruz qalan məscidlər yenidən qapılarını dindarlara açıb
05:31 23.03.2019
Arxiv
547
Yeni Zelandiyanın Kraystçörç şəhərində terror aktına məruz qalan iki məscid yenidən qapılarını dindarların üzünə açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Yeni Zelandiya Radio”su məlumat yayıb.
Bildirilir ki, terror hücumuna məruz qalan məscidlər təmir edilib, onların ətrafındakı polis kordonunun sayı azaldılıb, ətrafdakı yollar isə hərəkət üçün açılıb.
Kraystçörç şəhər polisinin saytında yerləşdirilən məlumatda isə deyilir: "Bu gün polis Ən-nur və Linvud məscidlərini tamamilə yerli icmaya təhvil verib. Lakin buna baxmayaraq, hər iki məscidin, o cümlədən Yeni Zelandiyadakı bütün məscidlərin silahlı mühafizəsi davam etdiriləcək”.
Xatırladaq ki, polisin verdiyi məlumata görə, Kraystçörç şəhərinin iki məscidində törədilən terror aktı nəticəsində 50 nəfər həlak olub, daha 50 nəfər müxtəlif xəsarətlər alıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern baş verən faciəni terror aktı adlandırıb. Terror aktının törədilməsində təqsirli qismində Avstraliya sakini 28 yaşlı Brenton Tarrantu saxlanılıb. İlkin dinləmələrdən sonra məhkəmə onun həbs müddətini aprelin 5-dək uzadıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm