"The Guardian" qəzeti azərbaycanlı xalçaçı-rəssama məqalə həsr edib




Britaniyanın nüfuzlu "The Guardian" qəzeti Azərbaycanın xalçaçı-rəssamı Faiq Əhmədə məqalə həsr edib.

Trend-in məlumatına görə, məqalədə rəssamın işinə bütün dünyada tələbat olduğu qeyd edilir.

Nəşr yazır ki, hazırda F.Əhmədin əsərlərinin qiyməti dünya bazarlarında 15 min dollardan başlayır.