“The Peninsula”: “Oxçuçayın çirkləndirilməsi insan sağlamlığı üçün..."
10:36 15.07.2021
Arxiv
582
“Transsərhəd çay olan Oxçuçay hər zaman Ermənistan ərazisində səyane suları ilə çirkləndirilib. Belə ki, bu çaydan sənaye obyektlərinin kollektoru qismində istifadə edilib. Bu, sözügedən çayın su resurslarının Azərbaycan ərazisində istifadə üçün yararsız hala gətirib”.
“Report” xəbər verir ki, bu barədə Qətərin “The Peninsula” nəşrində dərc olunmuş “Azərbaycan transsərhəd Oxçuçay çayının çirkləndirilməsi ilə bağlı həyəcan təbili çalır” başlıqlı məqalədə deyilir.
Qəzet yazır ki, ölkənin su resurslarının 70 %-i qonşu ölkələrdə formalaşan su kütlələrindən son dərəcə asılıdır, Oxçuçayın suyundan isə suvarmada geniş istifadə edilir. Çayın aşağı axarı Araz çayına tökülür, bununla da bu çayın suyunun da keyfiyyəti kənd təsərrüfatı sənayesi üçün yararsız hala gəlir.
Ermənistanda fəaliyyət göstərən mis-molibden zavodunun və mis-filiztəmizləyici kombinatın tullantılarının suya axıdılması nəticəsində ətraf-mühitə böyük həcmdə ağır metal duzları atılır.
Oxçuçayın çirklənməsi faunanın məhv olması ilə yanaşı həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş, orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.
Adları çəkilən iki müəssisə tərəfindən dünya ekoloji standartlarının pozulmasına etinasız yanaşma faktını Ermənistanın dövlət orqanlarının, həmçinin erməni eko-fəallarının hesabatlarında da vurğulanır.
2021-ci ilin yanvar-mart aylarında bu çaydan götürülmüş su nümunələri üzərində aparılmış laboratoriya analizinə görə, çayda ağır metal tərkibinin çox olduğu aşkarlanıb. Bundan başqa, Oxçuçay hövzəsində farel balıqlarının və (Qırmızı Kitaba düşmüş) digər balıq növlərinin kütləvi məhv olması qeydə alınıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına görə, bu çayda mis-molibdenin miqdarı normadan 2, dəmirin 4, nikelin isə 2 dəfə artıqdır. Çayın suyunun rənginin ağ və tünd sarı rəng alması bununla izah edilir.
Çayın suyundan götürülmüş nümunələrin və çöküntülərin son təhlili nazirliyin sifarişi ilə Almaniyada yerləşən, beynəlxalq akkreditasiyadan keçmiş və sertifikatlaşmış SGS laboratoriyasında aparılıb. Hesabatlar göstərir ki, çayın çirklənmə səviyyəsi kritik həddə çatıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji təhlükə və Oxçuçayın kritik vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Məqsəd daimi çirklənmə səbəbindən çay və onun eko-sistemi üçün mövcud ekoloji risklər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq təşkilatlarla yanaşı, həm də Almaniya Bundestaqına, onun Yaşıllar fraksiyasına müraciət edərək ətraf-mühit və insan sağlamlığı üçün ciddi təhlükəni vurğulamaqla diqqəti bu məsələyə yönəltməyi xahiş edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual