Ticarət mərkəzində yanğın - 7 ölü, 30 yaralı - YENİLƏNİB





Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər daha 2 nəfərin meyitini aşkarlayıblar. Bundan əvvəl 5 nəfərin öldüyü, 30 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.


Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb. İlkin versiyaya görə, yanğın ticarət mərkəzində yerləşən batut zalında başlayıb. İnsidentin səbəbləri araşdırılır.

***
Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 4 uşaq ölüb. Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.