TIR gəlin maşını oldu

Türkiyənin Kocaeli şəhərinin  Dərincə qəsəbəsində özlərinin  nəqliyyat firmaları olan  Mücahit Küçükə  qardaşı sürpriz edərək gəlin avtomobili olaraq TIR hazırladı. 
Türk mediası xəbər verir ki, cütlük evlərinin qarşısında gəlin avtomobilini gözləyərkən, bəzədilmiş TIR-ı görüb, çaşdılar.
Avtomobilin sükanına keçən  Mücahit Küçük, Serap  Küçükü də yanına alaraq  toy salonuna getdi.
Gənc cütlük TIR-ı gəlin avtomobili kimi hazırlanmasından çox məmnun qalıblar.