Tramp Kerç boğazındakı vəziyyətin tezliklə həll olunacağına ümid edir




ABŞ prezidenti Donald Tramp Kerç boğazında yaranmış vəziyyətin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.

"Report” xəbər verir ki, o bunu G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Sindzo Abe ilə keçirdiyi görüş zamanı jurnalistlərə deyib.

"Baş verənlər xoşumuza gəlmir. Biz bundan narazıyıq, heç kim bundan razı deyil", - deyə Tramp bildirib.

Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.