“Trampın məktubu ABŞ-Azərbaycan əlaqələrinin daha da inkişaf edəcəyi mesajını ehtiva edir”

"ABŞ-ın Cənubi Qafqaz regionda əsas iqtisadi və enerji tərəfdaşı Azərbaycandır”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, məhz Vaşinqton bu aspektdən çıxış edərək ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır:
"Bu gün Azərbaycanın enerji imkanlarının inkişafında ABŞ-ın xüsusi dəstəyi vurğulanmalıdır.
Yerləşdiyimiz region hazırda ABŞ-Rusiya arasında maraqlarının toqquşması arealıdır. Bu konteksdə Vaşinqtonun ölkəmizə dəstəyi bu kimi cərəyan edən problemlər fonunda xüsusi əhəmiyyət daşıyır.
Amerika prezidentinin iki dəfə məktub göndərməsi əlaqələrimizin spesifik inkişaf dinamizini göstərir. Trampın bu məktubu Azərbaycanın regionda ABŞ üçün əsas straterji ölkə rolunu daşıdığını, əlaqələrin bundan sonra daha da inkişaf edəcəyi mesajını ehtiva edir.
Hesab edirəm ki, dövlət başçısı İlham Əliyevin bu məktublar barədə qeydləri iki ölkə arasında yeni dialoq ortamından xəbər verir. Amerika Qarabağ münaqişəsinin həllində Azərbaycana ədalətli dəstək vermiş olar. Bu mümkündü və regionda Vaşinqtonun maraqlarına cavab verir”.
İsmayıl