Trampın qəbul etdiyi ilk ölkə rəhbəri kim oldu?- Teresa May




Dünən ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ evdə Böyük Britaniyanın baş naziri Teresa Mayı qəbul edib. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, ölkə başçıları xarici siyasət, DAİŞ-ə qarşı mübarizə, ikitərəfli ticari əməkdaşlıq və. s məsələlər ətrafında müzakirələr aparıblar. 

Bundan başqa T.May görüşdən sonra keçirdiyi mətbuat konfransında qeyd edib ki, ABŞ- la Böyük Britaniya arasındakı əlaqələr sərhədsizdir. Tramp və mən bu əlaqələri daha da gücləndirmək üçün əlimizdən gələni edəcəyik. 

Qeyd edək ki, T.May D.Trampın qəbul etdiyi ilk ölkə başçısıdır. 

Ayyət