Trend Agentliyinin baş direktor müavini koronavirusdan vəfat etdi
08:13 05.01.2021
Arxiv
389
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Elxan Ələsgərov koronavirus infeksiyasından dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə agentliyin əməkdaşları bildiriblər.
Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı şəhər 150 saylı orta məktəbi bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb.
“Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışıb.
1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr “Dostluq” Cəmiyyətində, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsinə işləyib.
Qarabağ müharibəsinin iştirakçısı, hərbi rütbəsi polkovnikdir.
“Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
2000-2006-cı illərdə Xarici İşlər Nazirliyi sistemində çalışıb.
Politoloq kimi də fəaliyyət göstərən Elxan Ələsgərov Trend İnformasiya Agentliyinin baş direktorun müavini və “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri idi.
Allah rəhmət eləsin..
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region