Turistləri aparan avtobus aşdı: Yaralananların sayı 20-yə çatıb





İyulun 1-də Gürcüstanın Kaxeti bölgəsində turistləri aparan avtobusun aşması nəticəsində yaralananların sayı 20 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Telavi bələdiyyəsi merinin müavini Aka Saçişvili məlumat verib.
Yaralılar Telavidə iki xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Turistlərin əksəriyyəti Belarus vətəndaşlarıdır. Turistləri Kaxetiyə aparan "Suzuki” markalı avtobus Qambori aşırımında, Tetritsklebi kəndi yaxınlığında aşıb.

Bildirilib ki, bir neçə həftə əvvəl də həmin ərazidə başqa bir turist avtobusu qəzaya uğrayıb.

Qəzanın səbəblərinin hələlik dəqiq məlum olmadığını söyləyən Aka Saçişvili deyib: "Sürücülər bu yolun mürəkkəbliyini nəzərə almırlar”.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı araşdırma aparır.