"Turistlərin sayının artması, iqtisadiyatımıza müsbət təsir göstərir" - Açıqlama
10:10 17.07.2018
Arxiv
740
"Turistlərin sayının artması ölkə iqtisadiyyatı üçün sevindirici haldır”
Bunu "Sherg.az”a Azərbaycana gələn turistlərin sayının 10 faiz artmasının ölkə iqtisadiyyatına göstərəcəyi təsirlərdən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, turizm sahəsi Azərbaycanda prespektivi olan və digər sahələrə də təsir göstərən əsas sahələrdən biridir:
"Bu sektorda inkişaf ictimai iaşə obyektlərinin, kiçik kafe və restoranların, otellərin və digər belə sənaye sahələrindən vətəndaşların gəlirlərini çoxaltmış olur. Tusristlərin sayının artmasının əsas səbəbi ölkədə viza sisteminin sadələşməsi ilə bağlıdır. Artıq turistlər ölkəmizə gəlmək üçün bir neçə dəqiqəyə, sadə yolla viza ala bilir. Viza steminin sadələşməsi Azərbaycana üz tutan xarici qonaqların gəliş -gediş işlərini asanlaşdırdı.
Beləliklə də, turistlər yaranan rahatçılıqdan dolayı mütəmadi olaraq ölkəmizə səyahətə gəlirlər. Ölkəyə gələn turistlərinin sayının artmasının digər səbəbi də turizim şirkətlərinin dünyanın müxtəlif ölkələrin təcrübələrini toplanması ilə əlaqədardır. Şirkətlər həmin təcrübələrdən istifadə edərək turistlərin istirahəti, gəzməsi, dincəlməsi üçün müəyyən düşərgələr və marşrut xətləri təqdim etməyə başladı. Turizm sahəsinin inkişafı və bunun digər sahələrin inkişafına təsir etməsi gəlirlərimizin artmasında müstəsna rol oynayır. Ölkəmizin bu sahədə potensialı bununla bitmir. Turizm sahəsində görüləcək işlərimiz, atılacaq addımlarımız çoxdur. Amma turistlərin sayının artması ümumilikdə Azərbaycan iqtisadiyatına pozitiv təsir göstərən amildir”.
Qeyd edək ki, Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Bu barədə Dövlət Sərhəd Xidmətinə xəbər verir. Gələnlərin 30,5%-i Rusiya Federasiyası, 21,1%-i Gürcüstan, 11,1%-i İran, 10,8%-i Türkiyə, 3,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i İraq, 2,0%-i Ukrayna, 18,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,5%-ini kişilər, 31,5%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1%-i yanvar, 12,5%-i fevral, 20,9%-i mart, 16,5%-i aprel, 15,7%-i may, 20,3%-i isə iyun ayında ölkəyə gəlib.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm