Türkiyə Azərbaycan ilə valyuta mübadiləsi sazişi imzalamağa hazırlaşır
14:30 24.06.2021
Arxiv
452
Türkiyə bir sıra ölkələrlə valyuta mübadiləsi təminatına dair danışıqlar aparır və bu sırada Azərbaycanla razılığa gəlmələri daha yaxın görünür.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə 4 mənbə bildirib.
Belə ki, ötən gün Türkiyə Mərkəzi Bankı prezidenti Səhəb Kavcıoğlu bank rəhbərlərilə görüşü zamanı dörd ölkə ilə danışıqlar apardıqlarını, bunlardan ikisilə “çox yaxşı nöqtədə” olduqlarını bildirib.
Bu ay Prezident Rəcəb Tayib Ərdoğan Çinlə valyuta mübadiləsi həcmini 2,4 milyard ABŞ dollardan 6 milyard ABŞ dollarınadək artırmaq barədə razılığa gəldiklərini açıqlamışdı.
Adını açıqlamamaq şərtilə danışan mənbələr bir sıra ölkələrlə danışıqlar apardıqlarını bildiriblər. O cümlədən ən mötəbər mənbənin dediyinə görə, hazırda əsas danışıqlar Azərbaycan və Malayziya ilə aparılır. Başqa mənbə isə danışıqlar aparılan ölkələr arasında Azərbaycanın “saziş imzalanmağa ən yaxın” olduğunu qeyd edib: “Həm Türkiyə, həm də Azərbaycan bu sazış üçün müsbət yanaşma göstərir”.
Ötən il Türkiyənin valyuta ehtiyatlarının 75 % azalması tədiyyə balansında böhran yaranacağına dair şübhələrə səbəb olsa da, hökumət bunu təkzib edib. Belə ki, 2019-2020-ci illərdə lirənin məzənnəsini saxlamaq üçün dövlət bankları 128 milyard ABŞ dollarlıq vəsait ayırmalı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya